Beynəlxalq Trans-Xəzər Karyera Olimpiadası təhsil və rəqəmsallaşma sahəsində böyük peşəkar təcrübəyə malik komanda tərəfindən təqdim olunur. Komanda üzvlərinin bir çoxu beynəlxalq layihələrin uğurla həyata keçirilməsində iştirak etmiş və bəzilərinə rəhbərlik etmişdir.
Layihənin güclü tərəfi — təcrübəli və gənc iddialı şəxslərin sintezindən ibarət olan komandadır. Onları bu layihənin uğurla həyata keçirilməsi ideyası birləşdirir və hər biri böyük yaradıcılıq imkanlarına malikdir.


İKT və sistem inteqrasiyası üzrə ekspert | Texnika elmləri doktoru | Professor
Professor Elçin Əliyev informasiya-kommunikasiya texnologiyaları, inteqrasiya olunmuş sistemlər və rəqəmsal transformasiya sahəsində tanınmış mütəxəssisdir.
O, Transxəzər regionunda elektron hökumət və rəqəmsal xidmətlər sahəsində lider şirkət olan SINAM şirkətinin prezidentidir.
Eyni zamanda, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunda “İntellektual qərar qəbuletmə metodları və kompüter sistemləri” laboratoriyasına rəhbərlik edir.
Professor Əliyev bir sıra beynəlxalq və ictimai təşkilatlarda fəal iştirak edir: